Barselonada (İspaniya) beş min nəfərlik eksperimental konsert keçirilib. Bu, pandemiya başlayandan bəri ilk böyük musiqili tədbirdir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bütün tamaşaçılar anticisim üçün ekspress-testdən keçib, hər kəs maska taxıb və hamı iki həftə öncədən həkim nəzarətində olub.
Təcrübədə əsas məqsəd konsert zallarının koronavirusun yayılması üçün risk zonası olub-olmadığını araşdırmaqdır.
Analoji böyük konsertlərin Fransanın Paris və Marsel şəhərlərində keçirilməsi də planlaşdırılır.
Milli.Az