Dünya

Moskvada partlayış: 5 nəfər xəsarət alıb

27 Mart 2021 08:58
Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya paytaxtında, Yeni Moskvada yaşayış sahəsində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində beş nəfər - dörd kişi və bir uşaq xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva üzrə Baş istintaq idarəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

"İstintaqa görə, 26 mart 2021-ci il tarixində Yeni Moskvanın Moskovski qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz partlayışı baş verib və daha sonra yaşayış evinin damı çöküb. Nəticədə , dörd kişi və bir uşaq yaralanıb, onların hamısı lazımi tibbi yardım və müayinə üçün xəstəxanaya yerləşdirilib", - məlumatda belə deyilir.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.