Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 419 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 279 446, ölənlərin sayı isə 3 738 nəfərə çatıb.
Virusa yoluxanlardan 271 585 nəfərin sağaldığı bildirilir.
Milli.Az