Gürcüstanda son sutkada 419 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

26 Mart 2021 14:36

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  419 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 279 446, ölənlərin sayı isə 3 738 nəfərə çatıb.

Virusa yoluxanlardan 271 585 nəfərin sağaldığı bildirilir.

Milli.Az