Dünya

ABŞ-da qadın azaraq üç həftə kanalizasiya tunellərində qalıb

26 Mart 2021 12:50
Baxış: 1 143
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Florida ştatında azaraq üç həftə kanalizasiya tunellərində qalan qadın aşkar olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, çılpaq qadın Delrey Biç şəhəri ərazisində yağış suları üçün nəzərdə tutulmuş yeraltı yoldan tapılıb.  

Küçədən keçənlər asfalt üzərindəki kanalizasiya lyukundan gələn qadın çığırtılarını eşidərək polisə xəbər veriblər. Asayiş keçikçiləri 43 yaşlı xanımı xilas edilərək, xəstəxanaya aparıblar.

Qadın polis əməkdaşlarına bildirib ki, sevgilisinin evinin yaxınlığındakı kanalda çimərkən yeraltı qapı görüb və maraq üçün qapını açaraq içəriyə daxil olub. Sonradan tunellərdə azdığını deyən xanım 20 gün orada qaldığını qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.