Dünya

Gürcüstanın xarici dövlət borcu 7,8 milyard dollara çatıb

24 Mart 2021 21:25
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın xarici dövlət borcu 2,1 milyard dollar artaraq 7,8 milyard dollara çatıb. Bu son illər ərzində ən böyük göstəricidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanın ən çox borcu olan kredit təşkilatları sırasında Asiya İnkişaf Bankı birinci yerdədir.

Ölkənin bu banka 1,7 milyard dollar borcu var.

İkinci yerdə 1,1 milyard dollarla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, üçüncü yerdə isə 906 milyon dollarla Beynəlxalq İnkişaf Agentliyi dayanır.

Artımın əsas səbəblərindən biri koronavirusa qarşı mübarizə və pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması məqsədilə beynəlxalq kredit təşkilatlarından alınan borcdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.