Yaponiyanın Baş naziri Olimpiya məşəli estafetinin start mərasimində iştirak etməyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiyanın Baş naziri Yoşihide Suqa martın 25-də Fukuşima prefekturasında Olimpiya məşəli estafetinin start mərasimində iştirak etməyəcək.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir həmin gün parlamentdə keçiriləcək müzakirələrə görə mərasimə qatılmayacağını bildirib.
Agentliyin bildirdiyinə görə, həmin mərasimdə Y.Suqanı Olimpiadanın təşkilat komitəsinin sədri Seyko Haşimoto və Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə cavabdeh olan nazir Tamayo Marukava əvəz edəcəklər.
Bildirilir ki, Tokio Olimpiadasının məşəl estafeti Naraha şəhərində yerləşən "J-Village" futbol məşq mərkəzində başlayacaq. Koronavirus pandemiyasına görə mərasim tamaşaçılarsız keçiriləcək. Mərasimdə çıxış edən məktəblilər xoru "Hana wa saku" mahnısını ifa edəcəklər. Həmin mahnı NHK telekanalının köməyi ilə 2011-ci ildə zəlzələ və sunamidən zərər çəkən rayonlara xeyriyyə marafonu çərçivəsində yazılıb.
Qeyd edilir ki, 121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək. Estafetdə təqribən 10 min nəfərin iştirak edəcəyi planlaşdırılır.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Sənə ayıb olsun! - Netanyahu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
XƏBƏR LENTİ
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər





