Dünya

NATO Rusiyanı hərəkətlərini təhdid adlandırıb

23 Mart 2021 23:43
Baxış: 1 649
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

NATO Rusiyanın hərəkətlərini ittifaq üçün təhlükə adlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən ilk günün toplantısından sonra verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, Rusiyanın aqressiv hərəkətləri Avroatlant alyansın təhlükəsizliyi üçün təhdiddir. Bəyanatda o da vurğulanıb ki, bu fonda transatlantik tərəfdaşlıq müttəfiqlərin kollektiv müdafiəsinin açarı olaraq qalacaq.

Eyni zamanda bildirilib ki, NATO yalnız müdafiə ittifaqı olduğunu, heç bir ölkəyə təhlükə yaratmadığını israr edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.