Dünya

Rusiya və Ermənistanın müdafiə nazirlərinin telefon danışığı olub

23 Mart 2021 16:49
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistan ordusunda həyata keçirilən irimiqyaslı islahatları, Ermənistanın Syünik vilayətində təhlükəsizlik tədbirlərini, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini, hərbi-siyasi məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.