Dünya

Ermənistanda hərbi vəziyyət ləğv olunur

23 Mart 2021 15:34
Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamentindəki ən böyük blok - "Mənim addımım" martın 24-də iclasda ölkədəki hərbi vəziyyətin ləğvinə səs verəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

"Düşünürəm ki, ölkədə hərbi vəziyyətin aradan qaldırılması üçün çərşənbə günü səhər səs verə bilərik. Xüsusilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi razılaşmanın olduğunu və seçkilərin hərbi vəziyyət dövründə baş tuta bilməyəcəyini nəzərə alaraq, biz xoş niyyət göstərə bilərik", - deyə A. Mirzoyan qeyd edib.

Xatırladaq ki, ötən ilin sentyabrında Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Ermənistanda hərbi vəziyyət elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.