Dünya

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kosmosa növbəti peyklərini göndəriblər

22 Mart 2021 20:04
Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 22-də Rusiyanın "Soyuz 2.1" raketdaşıyıcısı ilə 18 ölkənin, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin peykləri kosmosa göndərilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Rusiya raketdaşıyıcısı ilə iki - "Şahin" və "CubeSat" peyklərini kosmik fəzaya göndərib. Raketin buraxılışı Qazaxıstandakı "Baykonur" kosmodromundan həyata keçirilib.

Səudiyyə Ərəbistanının "Şahin" peyki dəniz marşrutlarını izləmək və fotoşəkillər çəkmək, "CubeSat" isə Beynəlxalq Kosmik Stansiya ilə kiçik və böyük ölçülü peyklər arasında əlaqə saxlamaq məqsədilə kosmosa göndərilib. Hər iki peyk Səudiyyə Kral Universitetində hazırlanıb.

Birləşmiş Ərəb Əmirliklərinin nanometrik peyki isə ətraf mühitin mühafizəsi funksiyasını həyata keçirəcək. Onun sayəsində Dubay bələdiyyəsi və Məhəmməd bin Rəşid Kosmik Mərkəzi ölkə ərazisində havanın keyfiyyəti xəritəsini tərtib edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.