Dünya

“Ermənistan ordusu siyasi proseslərə qatılmayacaq” - Yeni rəis

22 Mart 2021 15:30
Baxış: 1 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Silahlı Qüvvələri siyasi proseslərdə iştirak etməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin yeni təyin olunan Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib. 

"Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən məlum açıqlamadan (Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat - red.) sonra vəziyyət həll edildi və mövcud fikir ayrılıqları qanuni müstəviyə keçdi. Ermənistan Silahlı Qüvvələri hökumətə tabe və Konstitusiyaya görə mülki nəzarət altında olmaqla yanaşı, yalnız Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək öhdəliklərini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf qalacaq", - deyə Davtyan qeyd edib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bu gün Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinin icrasına başladığını açıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.