Məşhur opera müğənnisi, SSRİ-nin Xalq artisti Yevgeni Nesterenko vəfat edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, mədəniyyət xadimi Vyanada koronavirusdan dünyasını dəyişib.
83 yaşlı müğənni bir müddət əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, 1938-ci ildə Moskvada anadan olmuş Nesterenko ömrünün son illərini Rusiya ilə yanaşı Vyanada yaşayıb.
O, Rusiyada dəfn olunacaq.
Milli.Az