Dünya

Ukraynada koronavirusdan maksimum ölüm qeydə alındı

18 Mart 2021 08:59
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada 11 833 nəfərdə koronavirusun aşkar edilməsi ilə ümumi yoluxma sayı 1 489 23-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.

Ölkədə ötən sutkada 289 ölüm hadisəsi qeydə alınıb ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.

Bununla da, koronavirusdan ölüm sayı 28 986-ya çatıb.

Ukraynanın paytaxtı Kiyevdə ilin əvvəlindən koronavirusa maksimum gündəlik yoluxma müəyyən olunub (1 121 nəfər).

Qeyd edək ki, Ukraynada fevralın 24-dən "AstraZeneca" peyvəndi ilə kütləvi vaksinasiya başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.