Dünya

Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı Türkiyədə tutuldu

17 Mart 2021 18:48
Baxış: 2 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi iranlı iş adamı Türkiyədə saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb.

Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.

Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.