Dünya

İdman zalları açıldı - Gürcüstanda

15 Mart 2021 09:22
Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Gürcüstanda idman zallarının fəaliyyəti bərpa edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının fevralın 24-də qəbul etdiyi qərara əsasən, idman zalları bu gündən etibarən Səhiyyə Nazirliyinin müvafiq protokolu əsasında fəaliyyətini bərpa edə biləcək.

Eyni qərara əsasən, bu gündən ali məktəblər, həmçinin peşə təhsili müəssisələrinin də siniflərdə dərslərə davam etməsinə icazə verilib.

Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin qarşıdakı günlərdə də yumşaldılması planlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.