Dünya

Cənubi afrikalı milyarder Afrika Futbol Konfederasiyasının prezidenti seçilib

14 Mart 2021 20:19
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) himayəsi ilə keçirilən seçkilərdə Cənubi Afrikadan olan milyarder Patrise Motsepe Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, CAF-ın yeni rəhbəri bu vəzifəni ötən ilin noyabrında FIFA-nın vəzifəsindən kənarlaşdırdığı madaqaskarlı Əhməd Əhməddən təhvil alıb. Mavritaniya nümayəndəsi Əhməd Yəhya konfederasiyanın birinci vitse-prezidenti, seneqallı Auqistin Senyor isə vitse-prezidenti seçiliblər.

CAF-ın keçmiş prezidentinin yol verdiyi ciddi nöqsanlara diqqəti çəkən FIFA prezidenti Canni İnfantino bildirib ki, Afrika futbolunun geniş potensialı var və yeni rəhbərlik bu imkanlardan səmərəli istifadə etməlidir. O əlavə edib ki, Afrika Futbol Konfederasiyasında olan nöqsanları araşdırmaq üçün FIFA-nın baş katibi Fatma Samura altı aylıq müddətə Qahirəyə ezam edilib.

"Forbes" jurnalının versiyasına görə, Afrika futbolunun yeni rəhbəri Motsepenin 2,9 milyard dollar sərvəti var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.