Dünya

Pulu olmayan şagirdi 20 dərəcə şaxtada avtobusdan düşürdü

14 Mart 2021 11:13
Baxış: 2 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Maqadan vilayətində sürücü gedişhaqqı üçün pulu olmayan 13 yaşlı məktəblini 20 dərəcə şaxta olmasına baxmayaraq, dayanacaqda avtobusdan düşürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı vilayət Prokurorluğu dərhal araşdırmaya başlayıb.

Maqadan vilayətinin Qubernatoru Sergey Nosov bu vəziyyəti nəzarətdə saxlayacağını bildirib. Hadisənin qeyri-qanuni olduğunu deyən qubernator məsələ ilə bağlı bütün sürücülərlə izahlı iş aparılması barədə göstəriş verib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının avtomobil nəqliyyatı və şəhər elektrik nəqliyyatı ilə bağlı qanunda etdiyi son dəyişikliyə görə, 16 yaşadək uşaqlar böyüklərin müşayiəti olmadan ictimai nəqliyyatda səyahət edirsə, onların məcburi endirilməsi qadağandır. 

Qanunda əks olunan bu qayda federal səviyyədə qüvvədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.