Dünya

Heratda polis bölməsini partlatdılar: çox sayda ölü və yaralı var

13 Mart 2021 12:34
Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda terror aktı olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Herat vilayətində partlayıcı quraşdırılmış avtomobil polis bölməsinin binasına çırpılıb.

Herat valisi Səid Vahid Katali mətbuata açıqlamasında bildirib ki, hadisə nəticəsində 8 nəfər ölüb, 53 nəfər yaralanıb.

Partlayışın şiddəti ilə ətraf ərazilərdəki evlərə ciddi ziyan dəyib.

Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen isə Talibanı ittiham edib.

Digər tərəfdən, ölkədə illərdir davam edən müharibəni sonlandırmaq məqsədilə Əfqanıstan hökuməti ilə Taliban arasında aparılan müzakirələrin ikinci mərhələsi Qətərin paytaxtı Dohada davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.