Dünya

"30-dan çox ölkədə aclıq olacaq" - XƏBƏRDARLIQ

12 Mart 2021 15:34
Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qida təhlükəsizliyi iclasında çıxış edən sözçü Beasley bir sıra açıqlamaları ilə diqqət çəkib

Milli.Az unikal.org-a istinadən bildirir ki, o, bu il dünyanın ən böyük aclıq böhranı ilə üzləşə biləcəyini, xüsusilə Konqo Demokratik Respublikasında, Əfqanıstan, Nigeriya, Suriya, Yəmən, Sudan, Cənubi Sudan və Sahel bölgəsində qida çatışmazlığından söhbət açıb.

Beasley, 30-dan çox ölkədə 34 milyon insanın qıtlığın astanasında olduğuna işarə edərək, anaların Cənubi Sudanın Pibor bölgəsinin qərbində övladlarını ölü heyvan dərisi və palçıqla bəsləməyə məcbur olduqlarını vurğulayıb.

Bununla yanaşı, BMT Baş Katibi Antonio Quttereş, "İnsanlar ac qalmaqla  qarşıdurmalar yaranır",- deyə fikir bildirib.

Quttereş dərhal tədbir görülməyəcəyi təqdirdə milyonlarla insanın aclıq və ölüm həddinə sürüləcəyini xəbərdar edib. Həmçinin, o,  aclıq və ölümlərin qarşısını almaq üçün 5.5 milyard dollar yardım tələb edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.