Bu gün səhər saatlarında Hindistanda yol qəzası baş verib, ən azı 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası Hindistanın şimalında Uttar-Pradeş ştatında, Aqra şəhərində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub.
9 nəfər yerində ölüb, yaralılar xəstəxanaya yerləşdirilib.
Milli.Az