Hindistanda yol qəzasında 9 nəfər ölüb

11 Mart 2021 13:09

Bu gün səhər saatlarında Hindistanda yol qəzası baş verib, ən azı 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası Hindistanın şimalında Uttar-Pradeş ştatında, Aqra şəhərində qeydə alınıb.  

İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub.

9 nəfər yerində ölüb, yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az