Dünya

ABŞ-da korona peyvəndinin nəticələri məxfiləşdirilir - Neqativ məqamlar açıqlanmır

10 Mart 2021 23:03
Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da getdikcə sürətləndirilən koronavirus peyvəndi zamanı pasiyentlərdə qeydə alınan yan təsirlər və ölüm halları barədə informasiya məxfiləşdirilərək arxivə yığılır.

Milli.Az xəbər verir ki, amerikan nəşri Th Epoch Times vaksinasiya barədə məlumatların cəmiyyət və mətbuata açılmaması və məxfiləşdirilməsinin səbəbinin neqativ təsirlərin həddən artıq çox olması ilə əlaqələndirir.

Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin topladığı məlumatlarda insidentli məqamlar çoxdur. Məsələn, koronavirus peyvəndindən 966 nəfər ölüb.
14 dekabr -19 fevral arasında vaksinin yan təsirləri ilə bağlı hesabat sisteminə VAERS - 20 minə yaxın məlumat daxil olub.

Bunlar Moderna və Pfizer vaksinləri ilə əlaqədardır. 19 fevrala qədər VEARS məlumat bazasına giriş var idi, sonradan bağlandı.

Hələ ki, FDA tərəfindən hələ heç bir Covid vaksini tam rəy almayıb. Bütün tətbiq edilən vaksinlər pandemiya ilə əlaqədar ekstren, təcili istifadə üçün - EUA rəyi və razılığı alıb. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.