Dünya

Pişik körpənin nəfəsini kəsdi

10 Mart 2021 09:16
Baxış: 1 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Rovnen vilayətində ev pişiyi 4 aylıq körpənin ölümünə səbəb olub. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regional Təcili Tibbi Yardım Mərkəzi məlumat yayıb. 

Qeyd edilib ki, hadisə martın 8-də Ostroq şəhərində baş verib: "Pişiyin arabadakı uşağın üstündə yatması nəticəsində onun nəfəsi kəsilib. Ana körpəsinin nəfəs almadığını görüncə Təcili Yardım Mərkəzinə zəng edib". 

Valideynlərin təkidi ilə həkimlər reanimasiya tədbirləri keçirsələr də, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ukraynada oxşar hadisə 2019-cu ilin dekabrında qeydə alınmışdı. Həmin vaxt pişik 9 aylıq qızın üstündə yuxuya gedərək onun həyatına son qoymuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.