Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan "Hisar-O" orta mənzilli raketlərdən müdafiə sistemi sınaqdan böyük uğurla çıxıb.
Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir "Twitter" hesabında məlumat paylaşıb.
Qeyd olunub ki, "Hisar-O" sistemi bu vaxtadək Türkiyədə istehsal olunan və ən uzaq məsafəyə hədəflənən müdafiə sistemidir.
Milli.Az