Dünya

İtkin düşən türk əsilli zabitin cəsədi tapıldı

9 Mart 2021 11:50
Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 ildir axtarışda olan  31 yaşlı türk əsilli zabit Deniz Ardanın cəsədi İsveçin paytaxtı Stokholmda tapılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, İsveç polisinin verdiyi məlumata görə, zabitin cəsədi 10 gün əvvəl Tyresta Milli Parkında aşkar edilib. Polislər qısa zamanda ailəsinə məlumat verərək, onun ölümünə səbəbin "cinayət" olmadığını bildiriblər.

Qeyd edək ki,  İsveç Silahlı Qüvvələrində komando təlimini müvəffəqiyyətlə başa vuran və Hərbi Dəniz Qüvvələri Komando Məktəbi Komandirliyinə yüksələn Deniz Arda 18 noyabr 2020-də itkin düşüb.  Zabit sonuncu dəfə mağazaların birində alış-veriş edərkən görüntülənib.

İsveç polisi zabitin ölümü barəsində araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.