Dünya

Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər

8 Mart 2021 20:00
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanıb baş naziri Boris Conson arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının İctimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, COVID-19 pandemiyasına qarşı mübarizə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün atılan addımlar və regional məsələləri müzakirə ediblər.

Prezident T.Ərdoğan aprel ayında Türkiyəyə "maneəsiz və təhlükəsiz" turist səfərlərinin bərpa olunacağından əminliyini ifadə edib.

Türkiyə Prezidenti qeyd edib ki, Böyük Britaniya və Türkiyə arasında sərbəst ticarət haqqında razılaşma iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsidir və atılan addımlar ikitərəfli ticarətin həcminin 20 milyard dollara çatmasına kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.