Dünya

Rusiyada 1 qadın və 3 uşağı öldürdülər

8 Mart 2021 10:50
Baxış: 1 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvaətrafı Likino-Dulyovodakı mənzillərdən birində üzərində zorakılıq əlamətləri olan 45 yaşlı 1 qadın və 3 uşaq meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Moskva vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Uşaqlardan ikisi 8, biri isə 2 yaşındadır. Cəsədlərin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.

Vilayət prokurorunun müavinləri Oleq Çerskov və Orexovo-Zuevski şəhər prokuroru Vladimir Busıqın hadisənin baş verdiyi əraziyə gediblər.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.