Dünya

Çin müdafiə xərclərini 6,8 faiz artırır

5 Mart 2021 21:59
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin 2021-ci il üçün müdafiə xərclərini əvvəlki illə müqayisədə 6,8 faiz artıraraq, 1,35 trilyon yuana (təxminən 209 milyard ABŞ dolları) çatdıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyasında təqdim edilən büdcə layihəsində əksini tapıb. Layihə martın 11-də başa çatacaq sessiyanın gedişində təsdiq üçün səsverməyə çıxarılacaq.

Bildirilir ki, artım ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.