Dünya

Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdilər

4 Mart 2021 11:41
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İkinci Qarabağ müharibəsində ölən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideynləri oğullarına verilən medalı qəbul etməyiblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölən hərbçinin anası Svetlana Doluxanyan Feysbuk hesabında yazıb. Onlar medala və onun təqdim olunma qaydasına etiraz ediblər.

Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.

S.Doluxanyan, həmçinin oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş kimi qeyd olunmasını və medalın daha təmtəraqlı təqdim edilməsini tələb edib.

"Əks təqdirdə bizə medal lazım deyil",- o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.