Dünya

“Pandemiya insanın təbiətə müdaxiləsinin nə dərəcədə təhlükəli olduğunu göstərdi”

2 Mart 2021 09:44
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası insanın təbiətə müdaxiləsinin nə dərəcədə təhlükəli olduğunu göstərdi. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniya kansleri Angela Merkel Alman Federal Ətraf Mühit Fondunun 30 illiyi münasibətilə video müraciətində bildirib.

Merkel qeyd edib ki, biomüxtəlifliyin azalması və insanın həssas təbii mühitə nüfuz etməsi patogenlərin yoluxma riskini artırır: "Koronavirus pandemiyası insanın təbii mühitindən nə qədər asılı olduğunu bir daha ortaya qoydu. Bu asılılıqdan nəticə çıxarmağın vaxtıdır".

Qeyd edək ki, 1990-cı ildən fəaliyyət göstərən Alman Federal Ətraf Mühit Fondu Avropanın ən böyük təbiəti mühafizə təşkilatı hesab olunur. Fond yarandığı gündən bəri, təxminən 1,9 milyard avro dəyərində 10 mindən çox layihəni dəstəkləyib. Hazırda fondun nağd büdcəsi 2,32 milyard avrodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.