Dünya

Azərbaycan mətbəxi ABŞ mediasında - FOTO

27 Fevral 2021 08:13
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan Washington Post-da ABŞ paytaxtında Azərbaycan mətbəxini təmsil edən "Şərbət" şirniyyat evindən reportaj hazırlayıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, yazıda Vaşinqton şəhərində Azərbaycan şirniyyat evinin yaranma tarixçəsi barədə məlumat verilir, bu məkanın adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin, həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya vurulan sirop olduğu qeyd olunur. Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən müsbət mənada xeyli fərqləndirdiyi bildirilir. Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadən, regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir. Bundan əlavə Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər milli və beynəlxalq un məmulatları barəsində məlumat verilir və onların nəfis fotorəsmləri təqdim olunur.

Ümumiyyətlə qeyd etmək istərdik ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu özünü nüfuzlu mətbu orqanlarında ölkəmizin mətbəxinə həsr olunan guşələrdən özünü göstərməkdədir. "Şərbət" şirniyyat evi qısa müddətdir ki, açılmasına baxmayaraq, Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında böyük populyarlıq qazanmışdır. Məqalənin tam mətni ilə https://www.washingtonpost.com/lifestyle/food/sharbat-bakery-review/2021/02/24/ee6ab946-7454-11eb-9537-496158cc5fd9_story.html internet səhifəsindən tanış olmaq mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.