Avstriyada koronavirusa qarşı peyvənd olunmuş şəxslərə müəyyən imtiyazların verilməsi məsələsinə baxılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusa qarşı peyvənd olunmuş şəxslərə İsrail nümunəsi əsasında müəyyən imtiyazların verilməsi məsələsinə baxılır və bu barədə qərar ən tezi apreldə veriləcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Federal səhiyyə naziri Rudolf Anşober bu barədə danışarkən hazırda bu istiqamətdə əhatəli iş prosesinin getdiyini və virusun mövcud olacağı yaşayış tərzi üçün strategiyanın hazırlandığı barədə məlumat verib. O bildirib ki, əhali arasında vaksinasiya prosesini təşviq etmək üçün peyvənd olunmuş insanlara gündəlik həyatda bir sıra imtiyaz və ya asanlaşdırılmış imkanların verilməsi müzakirə mövzuları arasındadır. Eyni zamanda yay aylarına kimi ölkədə bütün əhalini təmin edəcək qədər peyvənd dozalarının olacağı güman edilir və sonrakı mərhələdə peyvənd olunmamış və ya istəməyənlərlə "məsuliyyətə söykənən rəftar" edilməlidir.
Peyvənd olunmuş şəxslər üçün yüngülləşdirmələrin nədən ibarət olacağına dair sualı açıq buraxan nazir aprel ayı ərzində bu məsələyə aydınlıq gətiriləcəyini bildirib və hazırda əsas hədəfin ölkədəki peyvənd olunmuş şəxslərin sayının maksimum artırılması olduğunu da bildirib. R. Anşober imtiyazlar məsələləri ilə bağlı Avstriyanın təkbaşına qərarlar verməyindənsə, Avropa İttifaqı səviyyəsində vahid qərarın olmasını daha məqsədəuyğun hesab edib. O, bu fikrini ölkələrarası sərbəst hərəkətin asanlaşacağı və vahid qaydaların bir çox anlaşılmazlıqlara son qoya biləcəyi ilə əsaslandırıb.
Qeyd edilib ki, vaksinasiya kampaniyasında imtiyazlardan danışmaq üçün ölkə əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd edilməlidir. Son iki ayda 8,2 milyon əhalisi olan Avstriyada yarım milyon insan peyvəndin birinci və ya hər iki komponenti ilə peyvənd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya





