Dünya

Ermənistanda hərbçilərin ölümü ilə bağlı 5 cinayət işi açıldı

24 Fevral 2021 14:49
Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda müharibə dövründə bir sıra hərbi qulluqçuların komandanlığın səhvləri ucbatından ölməsi ilə bağlı cinayət işləri açılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, müharibədə ölən bəzi hərbçilərin yaxınları və ailə üzvlərinin şikayəti əsasında 5 cinayət işi açılıb. Hazırda daha 2 cinayət işinin açılması üçün materiallar toplanır.

Sözügedən işlərdə əsasən, ölən hərbçilərin ailə üzvlərinin təqdim etdikləri müxtəlif dəlil və faktlarla bağlı araşdırmalar aparılır. Müharibənin gedişində xeyli epizodlarda erməni hərbi rəhbərliyinin müxtəlif səviyyələrində təmsil olunan zabit heyətinin səhvləri ucbatından, səhlənkarlıq, yanlış qərar və əmrlərin verilməsi, o cümlədən digər motivlərdə qanun pozuntularına yol verildiyi üçün hərbçilərin öldüyü barədə əsaslı şübhələrin yarandığı deyilir.

Qeyd edilib ki, araşdırmalar, istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.