Dünya

"Kim ki, bu dövrdə prezident olmayıb..." - Paşinyan Koçaryana cavab verdi

24 Fevral 2021 11:29
Baxış: 1 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezident Robert Koçaryana cavab verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bir müddət öncə keçmiş Ermənistan prezidenti Robert Koçaryan Nikol Paşinyanı ittiham etmişdi. Koçaryan bəyan etmişdi ki, özü prezident olsaydı, guya Ermənistan məğlub olmayacaqdı.

Paşinyan Koçaryana cavabında bu iddianın ciddi olmadığını bildirib.

"Kim ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistana başçılıq etməyib, rahatlıqla deyə bilər ki, o prezident olsaydı, məğlub olmayacaqdıq. Kim ki, bu dövrdə prezident olmayıb, qoy danışsın ki, ölkəyə o rəhbərlik etsəydi, uduzmazdıq", - deyə Paşinyan bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.