Dünya

Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə edilib

21 Fevral 2021 22:07
Baxış: 334

Filippinin bir neçə əyalətində "Dutszyuan" fırtınasının yaxınlaşması nəticəsində baş verən daşqınlar səbəbilə 51 min insan təxliyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarədən bildiriblər.

Məlumata əsasən, cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq. Sahilə çatana qədər fırtınanın tropik depressiyaya qədər zəifləyəcəyi istisna edilmir.

Bildirilir ki, yerli vaxtla saat 19:00 üçün fırtınanın episentri Suriqao şəhərindən 275 kilometr şərqdə olub və şimal-qərb istiqamətində hərəkət edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.