Dünya

Ermənistanda səs-küylü həbslər

20 Fevral 2021 09:58
Baxış: 1 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevanda bir sıra müxalifət nümayəndəsini saxlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılanlar politoloq, Ermənistan parlamentinin keçmiş deputatı Karen Bekaryan, politoloq Anjela Elibeqova, parlamentin keçmiş aparat rəhbəri Ara Saqatelyandır.

Müxalifətçilərin vəkillərinin sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti politoloqların saxlanılması səbəbini açıqlamır, onların evində və ofisində axtarışlara başlanılıb.

Daha 3 nəfərin də saxlanıldığı bildirilir.

Qeyd edək ki, saxlanılanlar bundan əvvəl hökumət əleyhinə fikirlər səsləndirib, Baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdilər.

Paşinyanın istefası tələbi ilə bu gün də Yerevanda müxalifətin növəti böyük mitinqi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.