Dünya

“Ford” bu avtomobillərin istehsalından tamamilə imtina edəcək

18 Fevral 2021 09:58
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ford" şirkəti 2030-cu ildə Avropada yalnız elektrik avtomobillərin satışına başlayacağını söz verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, avtomobil istehsalçısı benzin mühərrikli maşınlardan imtina edəcək. Şirkət hazırda Almaniyada yeni zavodun tikintisinə bir milyard ABŞ dolları sərmayə qoyur. Həmin zavodda elektromobillərin istehsalı başlayacaq. Birinci partiya 2023-cü ildə istifadəyə veriləcək.

"Ford", həmçinin Avropadakı bütün minik avtomobillərinin 2026-cı ilin ortalarına qədər tamamilə elektrikli və ya hibrid nəqliyyat vasitələri kimi istehsal edəcəyini planlaşdırır.

"Bu, bizim elektrik avtomobillərin artımının əsasını təşkil etdiyi strategiyamızın Avropaya və gələcəyə sadiqliyini vurğulayır", - "Ford"un Avropa bölməsinin rəhbəri Stüart Rouli bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.