Yaponiyanın prefekturalarından biri Olimpiya məşəlinin estafetindən imtina edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, ölkənin qərbində yerləşən Simane prefekturasının qubernatoru Tasuya Maruyama belə addım atmaq niyyətində olduqlarını açıqlayıb.
Buna səbəb koronavirus pandemiyasıdır. O bildirib ki, Yaponiya hökuməti və Tokio rəhbərliyinin koronavirusun yayılması üçün gördüyü tədbirlər yetərincə olmamağı belə addım atmağa əsas verir.
Qeyd edək ki, Olimpiya məşəlinin estafeti martın 25-də Fukuima prefekturasında start götürəcək. Məşəl 121 gün ərzində ölkənin bütün 47 prefekturasını səyahət etməlidir.
Milli.Az