Dünya

Qorxulu proqnoz: Kəskin iqlim dəyişkənliyi ciddi fəsadlar yaradacaq

16 Fevral 2021 17:44
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bundan sonrakı üç onillikdə Çində iqlim dəyişkənliyi ilə əlaqədar temperatur kəskin artacaq. İngilis və çinli alimlər bu qənaətə gəliblər ki, temperaturun kəskin artması bir sıra fəlakətlərə səbəb ola bilər.

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə "Climate Dynamics" jurnalında dərc edilmiş məqaləyə istinadən, "Phys.org"-un press-relizində tədqiqat barədə qısa məlumat yayılıb.

Tədqiqatçıların proqnozuna əsasən, 2050-ci ilədək maksimal və minimal temperaturlar təxminən iki dərəcə artacaq.

Məlumata görə, Çində ən qızmar gündüz temperaturu 2,4 dərəcə, ən qızmar gecə temperaturu isə 1,8 dərəcə yüksələcək.

Bu istiləşmə prosesinin kəskin formada baş verəcəyi proqnoz edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.