Dünya

Gürcüstanda vaksinasiya başlayır

16 Fevral 2021 10:23
Baxış: 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya proqramına hazırlıq davam edir. Fevral ayının sonuna kimi peyvənd proqramına başlamaq mümkün olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Tamar Qabuniyanın sözlərinə görə, Gürcüstan "Kovaks" platformasından 400 000 doz vaksin almalıdır, qalan 2,5 milyon doz isə "digər mexanizmlər" vasitəsilə alınacaq.

Nazir müavini bildirib ki, "digər mexanizmlər" ifadəsi altında Aİ ölkələri ilə danışıqlar, həmçinin vaksin istehsalçıları ilə birbaşa danışıqlar nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.