Dünya

“Terrorla “mübarizə aparan” ölkələr PKK-nın qətliamına səssiz qalıb”

15 Fevral 2021 17:38
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu iki gün ərzində terrorla "mübarizə aparan" ölkələrin PKK-nın qətliamına səssiz qaldıqlarını, ya da müxtəlif bəhanələr gətirdiklərini müşahidə edirik. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 13 Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən deyib. 

"Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmayacaq", - deyə nazir vurğulayıb. 

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı "Pəncə Qartal-2" hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.