Dünya

Zelenski bu ölkələri səhv saldı

13 Fevral 2021 11:10
Baxış: 1 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə Çinlə Nepalı səhv salıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət başçısı öz tvitter hesabında Çin xalqını ölkənin Yeni ili münasibətilə təbrik edərkən səhvə yol verib. Prezidentin səhvinə istifadəçilər diqqət çəkib.

"Bütün ukraynalılar və öz adımdan Çin lideri, hörmətli Si Tsinpini və dost Çin xalqını Bahar bayramı münasibətilə təbrik edirəm", - deyə Zelenski yazıb.

O, təbrik fotosu olaraq Nepalın paytaxtı Katmandudakı Durbar meydanının fotosunu yerləşdirib.

Dövlət başçısı Ukrayna ilə Çin arasında davamlı əməkdaşlığa ümidvar olduğunu da qeyd edib. Sosial şəbəkə istifadəçiləri səhvi göstərdikdən sonra yazı silinərək yenisi ilə əvəzlənib, lakin bu dəfə fotoşəkil dərc olunmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.