Dünya

Putin Münhen konfransında çıxış etməyəcək

12 Fevral 2021 14:02
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin bu il 19-20 fevral tarixlərində distant rejimdə keçiriləcək Münhen konfransında çıxış etməyi planlaşdırmır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr", - deyə Kremlin sözçüsü suala cavab olaraq bildirib.

Qeyd edək ki, təhlükəsizlik siyasəti üzrə illik Münhen konfransı ənənəvi olaraq fevral ayında keçirilir və dünya liderləri bu forumda ən aktual beynəlxalq problemləri müzakirə edirlər.

Xatırladaq ki, V. Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışı uzun müddət dünya siyasətində "Putinin Münhen çıxışı" kimi yadda qalıb. Həmin çıxışda Putin Rusiyanın Vaşinqtonun "birqütblü dünya" siyasətini qəbul etməməsi və NATO-nun şərqə doğru genişlənməsi təhlükəsi barədə danışmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.