Dünya

Bu xəstəlikdən əziyyət çəkən azyaşlının dili görənləri təəccübləndirdi - FOTO

11 Fevral 2021 15:58
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Pensilvaniya ştatında dünayaya gələn 3 yaşlı Oven Tomas hər 15 mindən bir körpədə rast gəlinən sindroma yaxalanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Oven dünyaya gəldiyinin ilk həftəsində dilinin normadan artıq böyük olmasına görə, nəfəs almaqda çətinlik yaşayıb. Həkimlər körpənin dilini əməliyyat edərək, onun xəstəliyini araşdırmağa başlayıblar.

Lakin yenidən dilinin böyüməsi onun səhhətində ciddi problemlər yaradıb. Həkimlər, körpənin bəzi orqanların da normadan çox böyüməsinə səbəb olan "Beckwith-wiedemann" sindromuna yaxalandığını aşkar ediblər.

3 yaşlı Ovenin digər orqanlarının böyüməsi onun yaşam tərzinə və səhhətinə  mənfi təsir edir.  Belə ki, nadir xəstəlikdən əziyyət çəkənin Oven Tomasın vəziyyəti günü-gündən pisləşir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.