Dünya

Yəhudi professorların proqnozu təşviş yaratdı

12 Fevral 2021 21:05
Baxış: 1 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqların vaksinasiya olunmaması koronavirus infeksiyasına qarşı kollektiv immunitetin yaranmasına mane olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə professor Polina Stepenskaya danışıb. O bildirib ki, İsrail Səhiyyə Nazirliyinin bu hesabatla bağlı narahatlığının elmi əsası yoxdur.

"İsraildə rəsmi məlumatlara görə, 3,5 milyon insan vaksinasiya olunub, 700 min nəfər xəstələnib. Yəni təxminən 4,2 milyondan artıq şəxs immunitetlidir. Bu rəqəmlər dəqiq deyil, çünki xəstələnən uşaqların sayını yoxlamaq çətindir. Düşünürəm ki, bu sıçrayışla kollektiv immunitetə doğru irəliləyirik", - immunoloq "RİA Novosti"yə verdiyi müsahibədə qeyd edib.

Həkim vurğulayıb ki, infeksiya nisbətinə əsasən koronavirusa qarşı kollektiv immuniteti inkişaf etdirmək üçün lazımi miqdarda immunizasiya olunmuş insanın hesablanması istiqamətində xüsusi düstur var. İnfeksiyanın "İngilis" versiyasının meydana çıxmasından əvvəl bu rəqəm 2,5 idi və yeni ştamm onu 4-ə qaldırıb. Müqayisə üçün deyək ki, qızılcada bu rəqəm 10-dan yuxarıdır.

"Koronavirusa qarşı kütləvi immunitetin formalaşması üçün əhalinin 43-75 faizində immunitetin yaranması lazımdır", - Polina Stepenskaya qeyd edib.

Xatırladaq ki, Qüdsün "Hadassa Eyn-Karem" tibb mərkəzinin professorları uşaqların vaksinasiya olmamasının koronavirus infeksiyasına qarşı kollektiv immunitetin yaranmasına mane olacağını iddia etmişdilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.