Dünya

Avropa Kosmik Agentliyi yeni astronavtlar seçiminə başlayacaq

10 Fevral 2021 21:40
Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Kosmik Agentliyi (ESA) martda yeni astronavtlar seçiminə başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 11 ildə ilk dəfə Avropa Kosmik Agentliyi yeni astronavtlar axtarışına çıxıb. Yeni astronavtlar Avropa kosmosun mənimsənilməsində yeni dövrə daxil olan zaman fəaliyyətdə olan astronavtlarla birgə çalışacaqlar.

Astronavtların qəbulu 2021-ci il martın 31-dən mayın 28-dək aparılacaq. Bundan sonra namizədlərin seçim prosesi başlayacaq.

Təşkilat qadınları müsabiqədə daha fəal olmağa çağırıb. "Biz sıralarımızda gender müxtəlifliyini genişləndirməyə çalışırıq. Bu seçim prosesi ilk addımdır və mən səbirsizliklə agentliyin yaxın illərdə beynəlxalq tərəfdaşlarla birlikdə kosmik tədqiqat və innovasiyanın bütün sahələrində necə inkişaf edəcəyini gözləyirəm", - deyə Avropa Kosmik Agentliyinin baş direktoru Yohan-Ditrix Verner bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.