Dünya

Bayden Trampın Putinlə gizli danışıqlarına giriş əldə edib

10 Fevral 2021 13:57
Baxış: 1 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden sabiq prezident Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında baş tutmuş telefon danışıqlarının səs yazısına giriş əldə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, D. Tramp və V. Putin arasında bir neçə telefon danışığı baş tutub, lakin bu danışıqların məzmunu açıqlanmayıb.

Tramp administrasiyasının sabiq əməkdaşı bildirib ki, C. Bayden administrasiyası bütün zəngin materiallara sahibdir.

D. Tramp hakimiyyətdə olduğu müddətdə xarici liderlərlə şəxsi söhbətlərini diqqətlə qoruyub, bəzən sızmaların qarşısını almaq üçün işçilərinə və kabinet üzvlərinə bu danışıqlara girişi məhdudlaşdırıb. Söhbətlər qeydə alınmasa da, köməkçilər ümumiyyətlə danışıqları eşidib və danışılanları qeydə alıblar.

"Dörd illik rəhbərliyi dövründə Trampın Putinə dediklərini öyrənmək milli təhlükəsizlik prioritetidir. Heç bir amerikalı tərcüməçi və ya qeyd götürən şəxsin iştirak etmədiyi bəzi üz-üzə görüşlərdə baş verənlər heç vaxt tam bilinə bilməz. Ancaq telefon danışıqlarını yeni milli təhlükəsizlik komandası əldə etməyə çalışmasaydı mən buna çox təəccüblənərdim", - Tramp administrasiyasının sabiq əməkdaşı vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.