Dünya

Rusiya Azərbaycanda kombayn istehsal edəcək

9 Fevral 2021 17:19
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Rostselmaş" şirkəti Azərbaycandakı tərəfdaşları ilə ölkədə 100-dən çox kombaynın istehsalına dair imkanları müzakirə edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rostov vilayətinin qubernatorunun müavini İqor Sorokin deyib.

Onun sözlərinə görə, cari ildə eksperimental olaraq ilk partiyanın istehsalı planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə "Rostselmaş"ın baş direktoru Valeri Maltsev Azərbaycanda istehsal prosesinin işə salınması barədə planları açıqlamışdır. Həmin il bu istiqamətdə "Rostselmaş"la Azərbaycanın "Azərmaş" arasında müvafiq sənəd imzalanıb. Sənədə uyğun olaraq, Azərbaycanda "Nova" markalı kombaynların istehsalı nəzərdə tutulurdu.

Layihənin 2020-ci ildə başlanacağı, ilk mərhələdə isə 40-50 kombaynın yığılması nəzərdə tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.