Dünya

Güclü qar Almaniya və Niderlandda nəqliyyat kollapsı yaradıb - FOTO

8 Fevral 2021 20:07
Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü qar və havaların kəskin soyuması Almaniya və Niderlandda nəqliyyatın işi ilə bağlı ciddi problemlər yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın bir neçə avtomobil magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb. Ölkənin mərkəzi və şimal hissələrində dəmir yolunun işi pozulub. Frankfurtdan şimal-şərq istiqamətinə, Berlindən isə qərb istiqamətinə qatarların hərəkəti dayandırılıb.

Niderlandda dəmiryol nəqliyyatının operatoru hava şəraiti səbəbindən bazar ertəsi günü qatarların hərəkətini məhdudlaşdıracağı barədə xəbərdarlıq edib. Ölkədə son 10 ilin ən güclü qar fırtınası ilə əlaqədar "qırmızı" təhlükə səviyyəsi elan olunub. Amsterdamın Sxipxol aeroportunda onlarla aviareys ləğv edilib və ya təxirə salınıb. Eyndhoven hava limanı isə təyyarələrin yola salınmasını və qəbulunu dayandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.